ÖZ XƏBƏR

Regional Su Meliorasiya Xidməti tullantı sularının idarəsi üçün 1,2 milyonluq tender elan edib

“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tullantı su təchizatının istismarı ilə bağlı 2025-ci il üçün tələb olunan mal-materialların satın alınması məqsədilə tender elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 1 milyon 190 min 244 manat təşkil edir.

Siyahıya əsasən kanalizasiya şəbəkəsi üçün müxtəlif materiallar daxildir. Bunlara ikiqat qofralı (koruge) kanalizasiya boruları, müxtəlif ölçülü borular, üçlüklər, dirsəklər, lyuklar və sair avadanlıqlar aiddir.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.

Ayaz

Oxşar Xəbərlər