ÖZ XƏBƏR
Naxçıvan Təhsil Nazirliyinin 307 min manatlıq tenderi ləğv edildi
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və tabeliyindəki müəssisələr üçün 2025-ci il ərzində lazım olacaq yumşaq inventarın satın alınması ilə bağlı elan edilən tender ləğv edilib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 306 min 925 manat 90 qəpik təşkil edirdi.
04 sentyabr 2025-ci il, saat 10:17-də verilən açıqlamaya görə, tenderin ləğv edilməsinə səbəb təchizatçıların sayının yetərli olmaması olub.
“Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən, satınalmada iştirak etmək üçün tələb olunan təklif və təminatı təqdim etmiş, müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğu üçün tender keçərsiz sayılıb.
Ayaz