ÖZ XƏBƏR

Sədərəkdə “Mədəniyyət və istirahət parkı”nın abadlaşdırılılr - 167 min AZN

Sədərək Rayon İcra Hakimiyyəti Heydərabad qəsəbəsindəki “Mədəniyyət və istirahət parkı”nda abadlıq və təmir-bərpa işlərinin layihələndirilməsi ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, tenderin qalibi “HOUSE PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.Tərəflər arasında 167.501 AZN-lik müqavilə bağlanacağı gözlənilir. 

Qeyd olunur ki, şirkətin nizamnamə kapitalı yalnız 10 manat, qanuni təmsilçisi isə Nərgiz Ağayeva Qəzənfər qızıdır.

Xatırladaq ki, Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadədir.

Ayaz

Oxşar Xəbərlər