Çexiyanın sabiq baş naziri və müxalif “ANO” (Narazı Vətəndaşların Aksiyası) siyasi hərəkatının lideri Andrej Babiş hücuma məruz qaldıqdan sonra ilk dəfə ictimai tədbirdə iştirak edib.
32gun.az xəbər verir ki, bu barədə Idnes portalı məlumat yayıb.
Məlumata görə, Babiş Ostrava şəhərində keçirilən “ANO” hərəkatının seçkiqabağı mitinqində tərəfdarlarının qarşısına çıxaraq seçki proqramını təqdim edib. Tədbir insidentsiz başa çatıb, lakin siyasətçi və komandası əvvəlki kampaniya tədbirlərinə nisbətən daha ehtiyatlı davranıb.
Xatırladaq ki, 1 sentyabrda Andrej Babiş seçki tədbiri zamanı hücuma məruz qalıb. Naməlum şəxs onu arxadan metal əşya ilə başına vuraraq xəsarət yetirib. Hadisədən sonra siyasətçi xəstəxanaya müraciət edib və müayinədən keçib. “ANO” deputatı Aleş Yuxelka bildirib ki, Babişə rentgen müayinəsi aparılıb, lakin onun səhhəti barədə əlavə məlumat açıqlanmayıb. Deputat yalnız sabiq baş nazirin tezliklə sağalacağına ümid etdiyini qeyd edib.
Ayaz