DÜNYA ÖZ XƏBƏR

Başqırdıstanda ayı balaları ov müfəttişinin balını oğurlayıb

Başqırdıstanda maraqlı hadisə baş verib.

32gun.az xəbər verir ki, Rusiyanın "112” telegram kanalında paylaşım edilib.

Məlumata görə, ayı ovçuluq inspektorunun bağ evinə gələrək arıxanada dağıntılar törədib.

Yer sakinləri əvvəlcə ərazidə gəzən vəhşi heyvanlar barədə xəbər veriblər. Hadisə yerinə gələn inspektor ayını görməsə də, yollarda onun izlərini aşkar edib. Daha sonra o, öz bağ evinə gəlib və burada balaca ayıların izlərini tapıb.

Kadrlarda aydın görünür ki, arı yeşikləri dağıdılıb, balla dolu çərçivələr sındırılıb və bir qismi yoxa çıxıb. İnspektor zarafatla “Bu, heyvanlar aləminin mənə qisası, nədir?! Bax, əsl quldur budur!” – deyə bildirib.

Qeyd edək ki, bu yaxınlarda İrkutsk vilayətində də oxşar hadisə baş verib. Taiga meşəsində bir kişi ayının hücumuna məruz qalıb. Onun sözlərinə görə, ayı qəfil hücum edərək onu yıxıb. Zərərçəkən əlləri və ayaqları ilə heyvana zərbələr endirib. Zərbələr ayının qarın və pəncələrinə dəyib. Nəticədə yırtıcı uzaqlaşıb və qaçıb. Kişi isə yüngül xəsarətlərlə canını qurtarıb.

Ayaz

Oxşar Xəbərlər