ÖZ XƏBƏR
Balakən Xəstəxanasında 35 minlik tibbi avadanlıq
Balakən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tibbi avadanlıqların satın alınması üzrə tender keçirib.
32gun.az xəbər verir ki, tenderin qalibi “Viva Medical Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə bağlanacaq müqavilənin dəyəri 35.482,6 AZN təşkil edəcək. Alınacaq avadanlıqlar arasında anesteziya monitoru, neonatal CPAP aparatı, alkotester, bakterisid tavan lampası (hərəkətli, 2 lampalı), cərrahi işıqlandırıcı tavan tipli LED lampa, çarpayı yanı monitor və tibbi soyuducu yer alır.
Ayaz