ÖZ XƏBƏR

DVX-nin barəsində yoxlama aparıb cərimələdiyi Kamil Qurbanov yenə qalib elan edildi - Bu dəfə Yevlaxda

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi avtonəqliyyat və istehsalat nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə tender keçirib.

32gun.az xəbər verir ki, tenderin qalibi Kamil Əlişiraz oğlu Qurbanov olub və onunla bağlanacaq müqavilənin dəyəri 138.539,55 AZN təşkil edəcək.

Qeyd edək ki, Kamil Qurbanov Operativ vergi nəzarəti üzrə iki fərdi maliyyə sanksiyasına məruz qalıb: birinci sanksiya 514 AZN pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına görə, ikinci sanksiya isə 1.000 AZN əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı tətbiq edilib.

Layihənin məqsədi idarənin nəqliyyat vasitələrinin etibarlı və fasiləsiz fəaliyyətini təmin etməkdir.

Xatırladaq ki, bir neçə gün öncə o, Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının tenderlərinin qalibi olub.

Ayaz

Oxşar Xəbərlər