MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Castin Biber yeni imici ilə görüntüləndi

Məşhur müğənni Castin Biber Los-Ancelesdə avtomobildə yeni imici ilə kameralara tuş gəlib.

32gun.az-ın  Daily Mail-a istinadən məlumatına görə, sənətçi yeni albomu Swag II-nin çıxışına bir neçə saat qalmış, bığ və saqqallı görkəmi ilə diqqət çəkib. Biber həmin an cipin ön sərnişin oturacağında əyləşmişdi.

Xatırladaq ki, iyulun sonunda müğənninin həyat yoldaşı Heyli Biber italyan Vogue jurnalının üz qabığında yer almışdı. O, fotoda açıq-çəhrayı rəngli bikini, sırğalar və qara gün eynəyi ilə poz verib.

Heyli və Castin Biber cütlüyü 2018-ci ildə ailə qurub. Ötən ilin mayında model hamilə olduğunu elan edib. Avqustun sonunda isə Cəstin Biber onların ilk övladının dünyaya gəldiyini ictimaiyyətə açıqlayıb.

Model Heyli Biber bu ilin mayında Vogue-a müsahibəsində etiraf edib ki, doğuşdan sonra öz bədənini qəbul etməkdə çətinlik çəkib. Onun sözlərinə görə, övlad dünyaya gətirdikdən sonra budları böyüyüb, sinəsi isə daha iri olub. Model bədənindəki dəyişiklikləri qəbul etməkdə çətinlik çəkdiyini və uzun müddət özünə nifrətlə mübarizə apardığını bildirib.

Ayaz 

Oxşar Xəbərlər