ÖZ XƏBƏR

Lənkəran Mərkəzi Xəstəxanasının tenderi ləğv edildi

“Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin müxtəlif avadanlıqların satınalınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

32gun.az xəbər verir ki, ləğv qərarına səbəb qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədə iştirak edən şirkətlərin sayının azlığı olub. Belə ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən, təklif və təminat təqdim edən, həmçinin tələb olunan lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün prosedur dayandırılıb.

Satınalmanın ehtimal olunan dəyəri 9 min 392 manat 80 qəpik təşkil edirdi.

Qeyd edək ki, bu, son aylarda bölgə səhiyyə müəssisələrinin satınalmalarında rast gəlinən oxşar hallardan biridir.

Ayaz

Oxşar Xəbərlər