ÖZ XƏBƏR

Beyləqan Su Meliorasiya İdarəsi 64 min manatlıq ehtiyat hissələri alır - "HYUNDAI" üçün

“Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı” İdarəsi maşın-mexanizm və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə elan etdiyi tenderi yekunlaşdırıb.

32gun.az xəbər verir ki, müsabiqənin qalibi “Avto Texnika Detaling” MMC olub və qurumla 63 min 956 manatlıq müqavilə bağlanacağı gözlənilir.

Müqaviləyə əsasən, idarəyə müxtəlif detallar alınacaq. Buraya yanacaq və hava filtrləri, yağ filtri, tros və kəmərlər, pompa və lopslardan tutmuş kovuşun zəncirləri və zalatniklərədək bir sıra ehtiyat hissələri daxildir.

Qeyd edək ki, satınalmada xüsusən HYUNDAI markalı texnika və EO4112A seriyasına aid avadanlıqlar üçün nəzərdə tutulan hissələr üstünlük təşkil edir.

Ayaz

Oxşar Xəbərlər