ÖZ XƏBƏR
Bu qurumun Zaqatala Ərazi İdarəsi çöl ölçmə avadanlıqları alacaq – 45 min manatlıq tender
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi çöl ölçmə avadanlıqlarının alınması üçün elan etdiyi satınalma prosedurunun ehtimal olunan dəyəri 45 min 489 manat təşkil edir.
32gun.az xəbər verir ki, tender çərçivəsində idarəyə 7 ədəd lazer məsafə ölçən alınacaq. Ölçənlər IEC60529 və MIL-STD-810G standartlarına uyğun olmalı, İP54 reytinqinə malik, ±1.5 mm dəqiqliklə 150 metrə qədər məsafəni ölçə bilməli, VGA kamerası və 0–360 dərəcə bucaq sensoru ilə təchiz olunmalı, ən azı 2.6 düymlük rəngli ekrana sahib olmalıdır.
Bundan əlavə, idarə 2 ədəd GNSS çöl ölçmə avadanlığı alacaq ki, parametrləri qoşmada və mallara dair tələblər bölməsində ətraflı göstərilib.
Ayaz