ÖZ XƏBƏR
Azərbaycan Kinematoqrafiya Agentliyi təbliğat tədbiri keçirəcək - 270 min manata
“Azərbaycan Respublikasının Kino Agentliyi” Publik Hüquqi Şəxsi təbliğat xarakterli kino tədbirlərin təşkili xidmətlərinin satınalınması üzrə elan etdiyi tenderin ehtimal olunan dəyəri 269 min 955 manat 67 qəpik təşkil edir.
32gun.az xəbər verir ki, tender çərçivəsində tədbirlər üçün müxtəlif çap və vizual materiallar hazırlanacaq.
Bunlara tədbirin çap vizualları olan işıqlı qutular, “brandwall”lar, məlumatverici banerlər, kataloqlar, proqramlar, spirallı bloknotlar, plastik qələmlər, açıqcalar, rollaplar, broşurlar, dəvətnamələr, diplom və sertifikatlar, eləcə də afişalar daxildir. Hər bir materialın ölçü və keyfiyyət tələbləri, dizayn və quraşdırılması üzrə bütün proseslər satınalma çərçivəsində nəzərdə tutulub.
Ayaz