Böyük Britaniyada Hitrou (Heathrow) beynəlxalq hava limanı “mümkün təhlükəli kimyəvi maddə insidenti” səbəbindən təxliyə edilib.
32gun.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Hava limanının dördüncü terminalı müvəqqəti olaraq bağlanıb. Hazırda terminalda kimyəvi təhlükəsizlik üzrə mütəxəssislər və xüsusi geyimdə yanğınsöndürən briqadaları fəaliyyət göstərir. Hadisə yerinə bir neçə təcili yardım maşını da çatdırılıb, lakin hələlik tibbi yardım tələb edənlərin olub-olmaması məlum deyil.
Qeyd edək ki, iyun ayında İsrail hakimiyyəti Tel-Əviv yaxınlığındakı Ben-Qurion hava limanını İran əleyhinə raket hücumları səbəbindən tamamilə təxliyə etmişdi. Həmin vaxt ölkə ərazisində uçuşlar 10 gün dayandırılmışdı.
İsrailin hücumları zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Hüseyn Salami və bir neçə nüvə alimləri öldürülmüş, baş nazir Binyamin Netanyahu hücumun İranın nüvə infrastrukturu məqsədli olduğunu təsdiqləmişdi.
Ayaz