“SEDAM” MMC 55 min manatlıq tenderinin qalibini açıqladı
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində fəaliyyət göstərən “SEDAM” MMC rejim-müşahidə quyularının cari təmiri məqsədilə satınalma elan edib.
32gun.az xəbər verir ki, satınalma çərçivəsində layihə üçün qara qum, çınqıl və sement alınacaq. Qalib şirkət "ATLANTİS CONSTRUCTİON GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 54.917,2 AZN-lik müqavilə bağlanacağıə gözlənilir.
Qara qum AZS 475-2011 və DUİST 8736-93 standartlarına uyğun yuyulmuş formada, ümumilikdə 340 kubmetr; sement M400, AZS DUİST 31108-2016, AZS DUİST 1581-96, AZS DUİST 30515 və AZS EN 197-1 standartlarına uyğun, ümumi tikinti, beton və dəmir-beton məmulatları üçün 100 ton (40 kisələrdə, nəm və cırılmaya davamlı) ölçüdə; çınqıl isə AZS 473-2011 və DUİST 8267-93 standartlarına uyğun, ölçüsü 5x15 mm olmaqla 680 kubmetr alınacaq. Layihənin icrası üçün podratçı kimi “Atlantis Construction Group” MMC seçilib və satınalma işlərinin yaxın günlərdə həyata keçirilməsi gözlənilir.
Ayaz