DOST Çağrı Mərkəzi 142 üçün mebel satınalınacaq
“DAYANIQLI VƏ OPERATİV SOSİAL TƏMİNAT AGENTLİYİ” publik hüquqi şəxsi DOST Çağrı Mərkəzi 142 üçün ofis mebellərinin satın alınması məqsədilə tender keçirib.
32gun.az xəbər verir ki, “DEKORİKO” Qapalı Səhmdar Cəmiyyəti tenderin qalibi seçilərək 22 890,82 AZN dəyərində müqavilə bağlanacaq.
Qalib şirkətin qanuni təmsilçisi Knyaz Əmiraslanov Bəxtiyar oğludur. Tender çərçivəsində direktor, direktor müavini və əməkdaşlar üçün müxtəlif ofis mebelləri təmin olunacaq. Siyahıya aşağıdakılar daxildir:
Direktor üçün TV komod, paltar və sənəd dolabı, printer altlığı, başlıqlı təkərli kreslo və qonaq kreslosu.
Direktor müavini üçün iş masası, paltar və sənəd dolabı, printer altlığı və qonaq kreslosu.
Əməkdaşlar üçün iş masaları və kreslolar.
İşçi masaları və kresloları, müxtəlif ölçü və materiallarda, yüksək keyfiyyətli laminat və PVC kənar ilə.
Mebel sifarişi ofisin tam funksional və komfortlu işləmə mühitinin təmin olunması məqsədilə həyata keçirilir.
Ayaz