ÖZ XƏBƏR
Lənkəran Dövlət Universitetində abadlıq işləri görüləcək - 124 min manata
Lənkəran Dövlət Universiteti tərəfindən elan olunan “Abadlıq işləri” tenderi başa çatıb.
32gun.az-ın Məlumata görə, tenderin qalibi "MM İnşaat Group" MMC olub. Şirkət universitet ərazisində abadlıq işlərini həyata keçirmək üçün 124 min 638,56 manat dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, abadlıq tədbirləri ali təhsil müəssisəsinin infrastrukturunun yaxşılaşdırılmasına yönəlib.
Nilay