ÖZ XƏBƏR

Naxçıvanda xidmət avtomobili almaq istədilər, ləğv edildi - GÖRÜN NİYƏ

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən elan olunan “Xidməti minik nəqliyyat vasitəsinin satınalınması” tenderi baş tutmayıb.

32gun.az-ın Məlumatına görə, satınalma proseduru 09.09.2025-ci il saat 11:49-da ləğv edilib. Səbəb olaraq qanunvericiliyin tələbinə uyğun olaraq, tenderdə iştirak etmək üçün tələb olunan təklif və təminatı təqdim etmiş, müvafiq lisenziyaya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olması göstərilib.

Nazirliyin elan etdiyi satınalmanın ehtimal olunan qiyməti isə 60 min 520 manat təşkil edirdi.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən, üçdən az iştirakçı olduğu hallarda tenderin keçirilməsi mümkün sayılmır.

Ayaz 

Oxşar Xəbərlər