ÖZ XƏBƏR

Dövlət Ehtiyatları Agentliyinin tenderi ləğv edildi - SƏBƏB

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi tərəfindən elan olunan “İşçi heyətinin daşınması xidmətinin satın alınması” tenderi baş tutmayıb.

32gun.az-ın məlumatına görə, satınalma proseduru 09.09.2025-ci il, saat 09:40-da ləğv edilib. Səbəb kimi “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsi göstərilir. Həmin maddəyə əsasən, tenderdə iştirak etmək üçün tələb olunan sənədləri təqdim etmiş və müvafiq lisenziyaya malik təchizatçıların sayı üçdən az olduqda satınalma keçirilməmiş sayılır.

 Qeyd edək ki, satınalmanın ehtimal olunan qiyməti 98 min 96 manat təşkil edirdi.

Nilay 

Oxşar Xəbərlər