ÖZ XƏBƏR

Azərbaycan Respublikasının Kosmik Agentliyi görün nə alır / 169 min manata

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) Dünya Telekommunikasiya İnkişaf Konfransı (WTDC-2025) üçün promo məhsulların satınalınmasını planlaşdırır.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 268 736,15 AZN təşkil edir. Alınacaq məhsullar arasında bel çantaları, EKO çantalar, termoslar, qələmlər, dəftərlər, karbon karandaşlar, flashcard-lar, maqnitlər, fincan altlıqları, fincanlar, visitcard holder-lar, breloklar, yapışqan stikerlər və müxtəlif pinlər yer alır.

Hər bir məhsulun ölçüsü, materialı, rəngi və xüsusiyyətləri tender şərtlərində dəqiq şəkildə göstərilib. Məsələn:

  • Bel çantası: Laptop üçün uyğundur, suya davamlı parça, fermuar və cırt-cırtlı bağlama sistemi; 400 ədəd

  • EKO çanta: Qalın toxuma və ya kanvas, 2 300 ədəd

  • Termos: 500 ml, paslanmayan polad, BPA-sız qapaq, 2 300 ədəd

  • Fincan: Paslanmayan polad və ya BPA-free plastik, 350 ml, 2 000 ədəd

  • Brelok, stiker və pinlər: ABS plastik və ya digər materiallar, loqo çapı ilə, 2 300 ədəd və s.

Bu məhsullar konfrans iştirakçılarına təqdim ediləcək və tədbirin korporativ görünüşünü əks etdirəcək.

Ayaz

Oxşar Xəbərlər