ÖZ XƏBƏR

Zaqatala Rayon Mərkəzi Xəstəxanası 26 minlik alış-veriş

Zaqatala Rayon Mərkəzi Xəstəxanası maşın, avadanlıq və İT texnologiyaları üzrə satınalmalar həyata keçirir.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan məbləği 26 072,10 AZN təşkil edir.

Satınalma çərçivəsində xəstəxana 10 ədəd USB keyboard, 20 ədəd USB mouse, FullHD 4600 lümen gücündə 1 ədəd proyektor, 900 metr CAT6 şəbəkə kabeli, 4 ədəd 4 TB HDD, konfrans üçün 1 ədəd video kamera, 1 ədəd şəbəkə və server switch-i, 5 ədəd termal printer, 5 ədəd 8 portlu switch, 5 ədəd printer, 60 ədəd UPS akkumulyator, 300 ədəd RJ45 Cat6 F-UTP kabel başlığı və 35 ədəd daxili SSD alacaq.

Hər bir cihazın texniki xüsusiyyətləri tender şərtlərində dəqiq şəkildə göstərilib və avadanlıqlar xəstəxananın İT infrastrukturunu gücləndirmək, konfrans və iş otaqlarında operativ idarəetməni təmin etmək məqsədilə nəzərdə tutulub.

Ayaz

Oxşar Xəbərlər