ÖZ XƏBƏR

AMEA-nın bu İnstitutunun tenderi ləğv edildi

Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu gen mühəndisliyinin yeni istiqamətlərinin inkişafı üzrə proqram çərçivəsində avadanlıqların alınması ilə bağlı elan etdiyi satınalmanı ləğv edib.

32gun.az xəbər verir ki, ehtimal olunan dəyəri 78.803,54 manat olan tender təchizatçıların sayının azlığı səbəbindən baş tutmayıb.

Rəsmi məlumata görə, satınalmada iştirak etmək üçün tələb olunan sənədləri təqdim edən və müvafiq icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.

Ayaz

Oxşar Xəbərlər