MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Xalq artistlərinin unudulmaz fotosu
Sosial şəbəkələrdə Azərbaycan kinosu və teatrının sevilən simaları – Xalq artistləri Eldəniz Zeynalov və Arif Quliyevin arxiv fotosu paylaşılıb.
32gun.az xəbər verir ki, Qara-ağ rəngdə olan bu nadir kadr sənətsevərlər arasında nostalji duyğular yaradıb. Şəkildə hər iki sənətkar gənc yaşlarında təsvir olunub.
Paylaşım qısa zamanda çoxsaylı bəyənmələr toplayıb və istifadəçilər tərəfindən rəylərdə onların sənətə qoyduğu izsiz töhfələr xatırladılıb.
Eldəniz Zeynalov və Arif Quliyev Azərbaycan səhnə və kino tarixində özünəməxsus dəsti-xətti ilə seçilən sənətkarlardır. Onların yaratdığı obrazlar bu gün də tamaşaçıların yaddaşında yaşayır.
Nilay