DÜNYA

SON DƏQİQƏ! Rusların qırıcı-bombardmançı təyyarəsi Kiyevdə VURULDU

Ukrayna Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri tərəfindən Buça rayonunda düşmənin SU-34 qırıcı-bombardmançı təyyarəsi vurulub.

32gun.az xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Pavlyuk məlumat yayıb. 

"Biz öz qüvvələrimizlə Kiyev vilayətinin səmasını qoruyuruq! Səhər saat 8:15 radələrində Buça rayonunda Ukrayna Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri tərəfindən düşmənə məxsus qırıcı-bombardmançı SU-34 vurulub!  Təyyarə müvəqqəti işğal olunmuş əraziyə düşüb", - deyə qeyd olunub. 

Həmçinin bildirilir ki,  rus işğalçıları Kiyevin Poilski rayonunda yaşayış məntəqəsini atəşə tutub.

Oxşar Xəbərlər