Vüqar Əhmədovun vazkeçilməz "İntegras"ı : Bu dəfə 18 milyon manatı Məshəti Həsənovaya göndərə bilər
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən obyektin ərazisinə düşən 35 kV-luq kabel xətlərinin köçürülərək əvəzinə yeni kabel xətlərinin çəkilməsi, daxili elektrik təchizatı məqsədilə yeni elektrik qurğularının quraşdırılması, yeraltı kabel xətlərinin çəkilməsi ilə bağlı elan etdiyi tenderin qalibi tenderin qalibi “İntegras” MMC olub.
32gun.az-ın məlumatına görə, tərəflər arasında 18.366.255,69 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Tenderin qalibi olan “İntegras” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Abdulla Şaiq, ev 214, m. 99-da yerləşir. Nizamnamə kapitalı 50 manat olan ““İntegras” MMC 2 noyabr 2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Həsənova Məhsəti Hüseynalı qızıdır.
“İntegras” MMC bu günə kimi ancaq “Azərişıq” ASC-nin keçirdiyi tender müsabiqələrində qalib olub.
Qeyd edək ki, "Azərişıq" ASC-nin rəhbəri Vüqar Əhmədovdur.
Ayxan