ÖZ XƏBƏR

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin dərman və tibbi ləvazimat almaq istəyi "puç" oldu

 “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsi dərman preparatları, reaktivlər və tibbi sərf ləvazimatlarının alınması üzrə elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 32.310.058,28 manat təşkil edirdi. Ləğv səbəbi Nəzarət Orqanının qərarıdır və rəsmi açıqlamada bildirilir ki, müsabiqə Nəzarət Orqanının qərarına əsasən dayandırılıb.

Beləliklə, Mərkəzin ehtiyac duyduğu dərman və tibbi ləvazimatların satın alınması hələlik təxirə salınıb.

Ayaz

Oxşar Xəbərlər