Vidadi İsayevdə 149 min manatlıq abadlıq planı
Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhərində abadlıq işlərinin satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 148.196,20 manat təşkil edir.
Tender çərçivəsində Bərdə şəhər Üzeyir Hacıbəyov küçəsi 1 nömrəli yaşayış binasının ətrafında dərinliyi 2 metrə qədər yamaclı xəndəklərdə qruntun əl ilə qazılması, dayaqlar və sütunlar üçün 0,7 metrə qədər çuxurların hazırlanması, sütunların altı üçün beton bünövrələrin qurulması, anker boltlarının qoyulması, polad işıq dirəklərinin və 9 metrlik cüt qollu işıq konuslarının quraşdırılması işləri həyata keçiriləcək. İşlərin icrası zamanı bütün material və ölçü tələblərinə uyğunluq təmin olunacaq.
Xatırladaq ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir
Ayaz