ÖZ XƏBƏR

Nazirliyin minik avtomobillərinin təmiri üçün 10,7 min manat ayırılıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatın balansında olan minik avtomobillərinə cari təmir xidmətlərinin satın alınması üzrə tender elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 10.676,64 manat təşkil edir.

Tender çərçivəsində Toyota Corolla 10AC605 (2020 buraxılış ili) avtomobilləri üçün ön LED lampaların dəyişdirilməsi, salon və hava filtrlərinin əvəzlənməsi, alışdırma şamlarının, ön və arxa əyləc qəliblərinin, mühərrik yağı və yağ filtrinin dəyişdirilməsi işləri həyata keçiriləcək. İşlərdə yalnız avtomobilin markasına və modelinə uyğun orijinal hissələrdən istifadə olunacaq və bütün təmir prosedurları rəsmi standartlara uyğun şəkildə icra ediləcək.

Xatırladaq ki,  əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir

Nilay

Oxşar Xəbərlər