Stanford Universitetinin alimləri autizmin yaranma səbəblərinə dair yeni elmi nəzəriyyə təklif ediblər.
32gun.əz xəbər verir ki, tədqiqat “Molecular Biology and Evolution” jurnalında dərc olunub.
Alimlərin qənaətinə görə, autizm beyində genlərin fəaliyyətində baş verən dəyişikliklərlə bağlı ola bilər. Onlar ehtimal edirlər ki, bəzi genlərdəki xüsusi “söndürmə” mexanizmi neyronların fəaliyyətinə təsir göstərir və bu, davranış pozuntularına gətirib çıxarır.
Mütəxəssislər bildirirlər ki, insan beyninin sürətli təkamülü nəticəsində neyronların müxtəlif növləri formalaşıb. Bu proses zamanı bəzi neyronlar xarici mühitin təsirlərinə qarşı daha həssas vəziyyətə düşüb. Nəticədə müasir dövrdə çoxsaylı stress amilləri və genetik həssaslıq autizmin inkişaf riskini artıra bilər.
Tədqiqatçılar qeyd edirlər ki, autizm üçün universal səbəb yoxdur, xəstəliyin yaranmasında həm genetik faktorlar, həm də ətraf mühit amilləri mühüm rol oynayır. Yeni nəzəriyyə isə autizmin mexanizmini daha dərindən anlamağa imkan yarada bilər.
Nilay