ÖZ XƏBƏR
Salyan Rayon Mərkəzi Xəstəxanası üçün 63 min manatlıq satınalma
Salyan Rayon Mərkəzi Xəstəxanası mətbəə məhsulları, dəftərxana və təsərrüfat mallarının alınması üzrə tender keçirib.
32gun.az xəbər verir ki, tenderin qalibi “HM Group” MMC olub və müqavilənin dəyəri 63 min 161 manat 47 qəpik təşkil edir.
Tender çərçivəsində alınacaq mallar arasında elektrik kabelləri üçün 20 metr uzunluğunda 100 ədəd izolent, dəmir üçün qara rəngdə 3 kq-lıq boya, 3D 48 vatlıq kvadrat şəkilli 30x30 LED spotlar, 20 wattlıq LED lampalar, kabel üçün nömrə 8 olan skoplar (paçka içində 100 ədəd, 3 paçka) və digər dəftərxana və təsərrüfat malları yer alır.
Ayaz