ÖZ XƏBƏR

"Qaçqınkom" 5,5 milyona görün nə alır

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti elektrotexniki avadanlıqların alınması üçün tender keçirib.

32gun.az xəbər verir ki, tenderin qalibi “İnterkabel” firması olub. Tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 5 milyon 497 min 60 manat 68 qəpik təşkil edir.

Tender çərçivəsində alınacaq avadanlıqlar arasında müxtəlif ölçülü və gücdə NSP paslanmaz dalma nasosları yer alır. 6-25-100 NSP nasoslarından 20 dəst, 7-65-110 NSP nasoslarından 215 dəst və 8-65-150 NSP nasoslarından 213 dəst alınacaq. Həmçinin nasoslar 15 gün ərzində sifarişçiyə çatdırılacaq.

Bundan əlavə, müxtəlif güclərdə transformatorlar alınacaq: 100/10-0.4 kva üçün 28 dəst, 160/10-0.4 kva üçün 33 dəst, 250/10-0.4 kva üçün 33 dəst və 400/10-0.4 kva üçün 26 dəst. Transformatorlar da 15 gün ərzində sifarişçiyə təhvil veriləcək.

Avadanlıqların hər biri yüksək standartlara cavab verir: nasoslar 304 paslanmaz polad tökmədən, IE4 enerji səmərəliliyi ilə, transformatorlar isə ГОСТ 11677-85 standartına uyğun hazırlanıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.

Ayaz

Oxşar Xəbərlər