DÜNYA ÖZ XƏBƏR

Kişi başqasının bank kartını tapıb - yoldan keçənlərə şaurma alıb payladı

Uralın Kamensk-Ural şəhərində bir kişi başqasının bank kartını taparaq onunla keçənlərə şaurma və hot-dog paylayıb.

32gun.az xəbər verir ki, bu barədə bölgənin məhkəmə mətbuat xidməti məlumat verib.

Hadisə may ayının sonunda Surova küçəsində baş verib. Spirtli içki qəbul etmiş vəziyyətdə olan şəxs tapdığı kartla bir neçə paket siqaret, spirtli içki və çox sayda şaurma və hot-dog alaraq təsadüfən yoldan keçənlərə paylayıb.

Qanunsuz hərəkətlər nəticəsində kart sahibinə 10 min rubldan çox ziyan dəyib. Cinayətkarın şəxsiyyəti təhlükəsizlik kameraları və alış-veriş məlumatları vasitəsilə müəyyən olunub.

Krasnogorsk rayon məhkəməsi şəxsi Rusiya Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsinin “g” bəndi üzrə günahkar tanıyıb. İttiham olunan şəxsin günahı tam etiraf etdiyi və ziyanı ödədiyi bildirilib. Məhkəmə ona bir il şərti həbs və bir il sınaq müddəti cəzası verib.

Ayaz 

Oxşar Xəbərlər