Məşhur “Simpsonlar” animasiya serialının filmi çəkiləcək.
32gun.az xəbər verir ki, bu barədə "20th Century Studios"un sosial şəbəkələrdə yaydığı məlumat verib.
Belə ki, ssenari üzərində işlər artıq start götürüb. İkinci film 2027-ci ilin yayında kinoteatrlarda nümayiş olunacağı gözlənilir.
Məlumat üçün bildirək ki, “Simpsonlar” ABŞ televiziya tarixində ən uzunömürlü animasiya serialıdır. Serialın ilk bədii filmi “Simpsonlar: Film” 2007-ci ilin iyul ayında ekranlara çıxıb. Bu zaman film 75 milyon dollarlıq büdcə ilə 536 milyon dollar gəlir əldə edib. Bununla da böyük kommersiya uğuruna imza atmışdı.
Nilay