Suriyanın keçmiş prezidenti Bəşər Əsədin zəhərlənməsi ilə bağlı məlumat yayılıb.
"32gun.az" Rusiya mediasına istinadla bildirir ki, o, zəhərlənmə diaqnozu ilə Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.
Məlumatda qeyd olunur ki, reanimasiyada müalicə aldıqdan sonra Əsəd xəstəxanadan evə buraxılıb. Həkimlər onun vəziyyətini stabil kimi qiymətləndiriblər. Xəstəxanada yalnız məhdud sayda şəxsin onu ziyarət etməsinə icazə verilib.
Ziyarət edənlər arasında keçmiş prezidentin qardaşı Maher Əsəd və Prezident Administrasiyasının sabiq baş katibi Mənsur Əzzam da olub.
Xatırladaq ki, bundan əvvəl Suriyanın yeni lideri Əhməd Əl Şaraa bəyan etmişdi: Moskva, hakimiyyət dəyişikliyindən sonra ölkədən qaçan Bəşər Əsədin Dəməşqə təhvil verilməsi ilə bağlı tələbini qəbul etməyib.
Ayaz