DÜNYA ÖZ XƏBƏR

Mask uşağını anasından almaq niyyətindədir - transgender insanları dəstəklədiyinə görə

Amerikalı sahibkar İlon Mask bir yaşlı övladı üzərində tam qəyyumluq hüququnun verilməsi üçün məhkəməyə müraciət edəcəyini açıqlayıb.

32gun.az bildirir ki, Milyarder bu barədə X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb.
Mask övladının anası, yazıçı Eşton Sen-Klerin transgender hərəkatına dəstək ifadə etdiyi paylaşıma cavab olaraq bildirib ki, belə mövqe uşağın gələcəyi üçün risk yarada bilər. Onun sözlərinə görə, qadın bir yaşlı oğlan uşağına qarşı cinsiyyət dəyişikliyi ilə bağlı addım ata bilər və bu səbəbdən tam qəyyumluq tələbi ilə məhkəməyə üz tutacaq.
Qeyd edək ki, noyabr ayında ABŞ Ali Məhkəməsi transgender şəxslərin pasportda doğum zamanı müəyyən edilmiş cinsdən fərqli cins göstərməsini qadağan edib.
Bundan əvvəl Böyük Britaniyanın Ali Məhkəməsi də transgender şəxslərin qadın kateqoriyasına aid edilməməsi ilə bağlı qərar qəbul edib.
Aprelin 14-də isə Macarıstan parlamenti ölkə konstitusiyasına yalnız iki cinsin — kişi və qadının tanınmasını nəzərdə tutan dəyişiklik qəbul edib. Dəyişiklik lehinə 140 deputat səs verib, 21 deputat əleyhinə çıxıb. Yeni redaksiyada ailənin əsasının yalnız kişi və qadın arasında bağlanan nikah olduğu təsbit edilib.

Ayaz 

Oxşar Xəbərlər