DÜNYA ÖZ XƏBƏR

Qadın oynaqlarını müalicə etmək üçün marixuana yetişdirib

Krımda 53 yaşlı qadın oynaqlarındakı ağrıları müalicə etmək məqsədilə marixuana yetişdirdiyinə görə məhkəmə qarşısına çıxacaq.

32gun.az xəbər verir ki, bu barədə region üzrə Rusiya DİN-in Baş İdarəsi məlumat yayıb.

Narkotiklərin qanunsuz dövriyyəsinə nəzarət şöbəsinin əməkdaşları Simferopolda yaşayan qadının evində vedrələrdə becərilən 3 ədəd çətənə kolları aşkarlayıb. Bitkilərdən birinin yarpaqları qoparılaraq qadın tərəfindən mətbəxdə tavada qurudulmağa hazırlanırmış.

İstintaqa ifadəsində qadın təxminən bir il əvvəl marixuananın guya oynaqlar üçün “faydalı xüsusiyyətləri” barədə yazıya rast gəldiyini və şəxsi istifadə üçün “dərman” hazırlamaq məqsədilə bitkini yetişdirdiyini bildirib.

Ekspertizaya göndərilən narkotik vasitələrin ümumi çəkisinin 85 qram olduğu müəyyən edilib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 228-ci maddəsinin 1-ci hissəsi üzrə cinayət işi açılıb. Qadına qarşı ölkədən çıxmamaq və lazımi davranış haqqında iltizam qətimkan tədbiri seçilib. İş üzrə ittiham aktı təsdiqlənərək məhkəməyə göndərilib.

Ayaz 

Oxşar Xəbərlər