Suraxanı Tibb Mərkəzində qazanxana və nasosxana təmiri üçün - 40 min manat
Suraxanı Tibb Mərkəzi ərazisində yerləşən tikililərin, o cümlədən qazanxana servisi, nasosxana və bina daxili sistemlərin texniki servisi və təmiri ilə bağlı müxtəlif malların alınması üçün 39.900,52 AZN dəyərində tender elan edib.
32gun.az xəbər verir ki, Planlaşdırılan işlərə qazanxanada qaz sızmasına qarşı detektorların quraşdırılması, qazanxanadakı avtomatik idarəetmə sistemlərinə texniki xidmət göstərilməsi, istilik mübadiləedici nasosların və avtomatik rejimdə işləyən su qızdırıcı qazanların qoruyucu və əks klapanlarına texniki xidmət, natrium-kationit tipli su yumşaldıcı qurğuya texniki xidmət və qazanxanada Farsunkanın təmiri daxil olub.
Tender çərçivəsində bütün işlər çatdırılma, quraşdırılma və işçilik daxil olmaqla həyata keçiriləcək, əlavə material ehtiyacı olarsa, təchizatçı tərəfindən təmin olunacaq və işçilik 12 aylıq zəmanətlə təmin ediləcək
Nilay