ÖZ XƏBƏR
UNEC-ə üçün yeni avtobus alınacaq - 145 min manata
Azərbaycan Dövlət İqtisad Universiteti nəqliyyat vasitələrinin satınalınması məqsədilə tender keçirib.
32gun.az xəbər verir ki, tenderdə qalib “AUTO AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Universitetlə şirkət arasında 144.500 AZN-lik müqavilənin bağlanması gözlənilir və müqaviləyə əsasən bir ədəd avtobus alınacaq. Bu addım universitetin nəqliyyat xidmətlərinin təkmilləşdirilməsinə yönəlir.
Ayaz