Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvəsində iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran X sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, Prezident Ərdoğan İlham Əliyevin dəvəti ilə Qəbələ şəhərində keçiriləcək Zirvədə iştirak edəcək:
“Regional Sülh və Təhlükəsizlik" mövzusu ilə keçiriləcək Zirvə çərçivəsində Türk Dövlətləri Təşkilatının institusional strukturunun möhkəmləndirilməsi və təşkilat daxilində əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər nəzərdən keçiriləcək. Qəbələ Bəyannaməsi də daxil olmaqla bir sıra sənəd və qərarların qəbul edilməsi planlaşdırılır.”
Burhanəddin Duran həmçinin qeyd edib ki, Prezident Ərdoğan Zirvə çərçivəsində Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək və digər dövlət və hökumət rəhbərləri ilə görüşlər keçirəcək.
Ayaz