ÖZ XƏBƏR
"Azəristiliktəchizat" dizel sayğaclarının alınması dayandı
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti dizel sayğaclarının satınalınması ilə bağlı keçirdiyi tenderi ləğv edib.
32gun.az xəbər verir ki, bu barədə məlumat dövlət satınalmalarının vahid portalında yerləşdirilib. Bildirilir ki, tenderin ləğv edilməsinə səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması olub.
Qeyd edək ki, dizel sayğaclarının alınması üzrə layihənin ehtimal olunan qiyməti 48 min 850 manat 36 qəpik idi.
Tenderin ləğvi ilə bağlı qərar 6 oktyabr 2025-ci il, saat 15:08-də qəbul edilib.
Ayaz