DÜNYA ÖZ XƏBƏR

Zaxarova: Finlandiya XİN rəhbərinin Rusiyaya qarşı ittihamları açıq-aşkar yalandır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bəyanatına cavab verib.

32gun.az xəbər verir ki, O, öz “Telegram” kanalında Valtonenin Rusiyanın guya Helsinki Aktının bütün on prinsipini pozduğu barədə iddialarını təkzib edib.

Zaxarova həmin açıqlamanı “hamının artıq alışdığı açıq-aşkar yalan” adlandırıb. Diplomat əlavə edib ki, Helsinki prinsipləri doğrudan da pozulur, lakin bunu məhz həmin sənədi imzalayan, ATƏT-ə üzv olan ölkələr edir.

Xatırladaq ki, oktyabrın 6-da Finlandiya XİN rəhbəri Elina Valtonen bəyan etmişdi ki, Rusiya guya Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin (ATƏM) Helsinki Yekun Aktının bütün on prinsipini pozub.

Bundan öncə, avqustun sonunda Finlandiya Prezidenti Aleksandr Stubb bildirmişdi ki, Rusiya ilə münasibətlər yalnız Ukraynadakı münaqişə başa çatdıqdan sonra bərpa oluna bilər. O qeyd etmişdi ki, coğrafi yaxınlıq səbəbindən Helsinki Rusiya faktorunu nəzərə almağa məcburdur və vurğulamışdı ki, iki ölkəni ortaq tarix və gələcək bağlayır. Hazırda isə onun sözlərinə görə, “müharibə səbəbindən əlaqələr faktiki olaraq kəsilib”.

Ayaz 

Oxşar Xəbərlər