DÜNYA ÖZ XƏBƏR

15 yaşlı yeniyetmə 5 yaşlı oğlana qarşı zorakılığa görə 8 il müddətinə azadlıqdan məhrum edilib / Bu ölkədə

Cənubi Afrikada 15 yaşlı yeniyetmə 5 yaşlı oğlana qarşı cinsi zorakılıq törətdiyi üçün məsuliyyətə cəlb olunub.

32gun.az bildirir ki, hadisə barədə ölkənin Kaya nəşri məlumat yayıb.

Məlumata görə, insident gəncin valideynlərinə məxsus evin vannasında baş verib. Hadisədən sonra uşaq evinə qayıdıb və onun xalası uşağın oturmaqda çətinlik çəkdiyini görüb. Qadın uşağı sorğu-suala tutduqdan sonra baş verənləri öyrənib və dərhal polisə müraciət edib.

Zərərçəkmiş dərhal xəstəxanaya aparılaraq tibbi müayinədən keçirilib. İki gün sonra 15 yaşlı yeniyetmə saxlanılıb və barəsində cinayət işi açılıb. O, ilkin məhkəmə iclasından sonra azyaşlılar üçün nəzərdə tutulan xüsusi mərkəzə göndərilib və zaminə buraxılmaqdan imtina edib.

Məhkəmə qərarına əsasən, yeniyetmə beş il müddətinə xüsusi uşaq müəssisəsində saxlanılacaq, daha sonra isə üç il müddətinə həbsxanaya köçürüləcək.

Ayaz 

Oxşar Xəbərlər