DÜNYA ÖZ XƏBƏR

Yeni doğulan körpənin meyiti mənzildə tapıldı, araşdırma başlanıb / Bu ölkədə

Moskvada yerləşən mənzillərin birində körpə uşağın meyiti aşkarlanıb.

32gun.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə idarəsi məlumat yayıb.

Hadisə Yeni Moskvada baş verib. İstintaqın ilkin məlumatına görə, körpə az əvvəl dünyaya gəlib. Uşağın necə aşkarlandığı barədə məlumat verilməyib.

Hazırda hadisə ilə bağlı İstintaq Komitəsinin əməkdaşları araşdırma aparır. Qurumdan bildirilib ki, araşdırmanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.

Bundan əvvəl isə Oxsk vilayətində bir qadın körpəsini döydüyünə görə məhkum olunub. Yuryevo kənd sakini olan qadın, azyaşlı oğlunun sobanı açıb bədənini hislə çirkləndirdiyini görüb və əsəbləşərək uşağı bir neçə dəfə təpikləyib.

Nəticədə uşaq qırıq və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun aldığı xəsarətləri ağır bədən xəsarəti kimi qiymətləndiriblər. Məhkəmə qadını 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Ayaz 

Oxşar Xəbərlər