DÜNYA ÖZ XƏBƏR

Politoloq: Trampın antirusiya ritorikasının səbəbi açıqlanıb

Politoloq, tarix elmləri namizədi Georgi Bovt Tsargrad.tv-yə açıqlamasında ABŞ prezidenti Donald Trampın niyə antirusiya ritorikasına keçərək Kiyevə loyal münasibət sərgilədiyini şərh edib.

32gun.az bildirir ki, Ekspertin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski Oval kabinetdəki qalmaqallı görüşdən sonra “səhvlər üzərində iş aparıb”.

“O, Trampa yaltaqlanmağı və ona razılıq verməyi öyrənib. Bu prosesdə Avropalılar da ona kömək ediblər. Əsas ‘müəllim’ Fransa prezidenti Emmanuel Makron, əsas lobbiçi isə britaniyalılar olub. Görünür, Trampın Britaniyaya səfəri də onda kifayət qədər güclü təəssürat yaradıb”, – deyə Bovt bildirib.

Politoloq həmçinin qeyd edib ki, Londan və Brüsselin Ukrayna münaqişəsinə fəal şəkildə cəlb olunması da Trampın ritorikasında rol oynayıb. Onun sözlərinə görə, Alyaskadakı sammitdən sonra Avropa mümkün razılaşmaların qarşısını alaraq Kiyevi “sonadək dəstəkləməyə” söz verib, buna görə də Tramp mövqeyini dəyişib.

Ayaz 

Oxşar Xəbərlər