ÖZ XƏBƏR

Vətən Müharibəsinin İlk Şəhid Həkimi: Turqut Xəlilbəylinin fotosu

​Sosial şəbəkədə paylaşılan bu foto 2020-ci il Vətən Müharibəsinin qəhrəmanı, tibb xidməti leytenantı Turqut Xəlilbəyliyə (1993-2020) aiddir. 32gun.az bildirir ki, O, müharibənin ilk şəhid hərbi həkimi olaraq xatırlanır.

​Şərurlu qəhrəmanımız Turqut Xəlilbəyli müharibənin ilk günlərindən Füzuli və Cəbrayıl döyüşlərində iştirak etmişdir. O, arxa cəbhədə xidmət etmək əvəzinə könüllü olaraq ön cəbhəyə yollanmış, atəş altında yüzlərlə yaralı əsgərimizə tibbi yardım göstərərək onların həyatını xilas etmişdir.

7 oktyabr 2020-ci il tarixində Cəbrayıl döyüşləri zamanı bir yaralı döyüş yoldaşını qoruyarkən özünü onun üzərinə ataraq şəhidlik zirvəsinə ucalmışdır.

​Turqut Xəlilbəyli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və digər medallarla təltif edilmişdir.

Ayaz 

Oxşar Xəbərlər