ÖZ XƏBƏR
Qoşqar Təhməzli 10 manatlıq şirkəti qalib etdi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mətbəə məhsullarının satın alınması üzrə elan edilmiş tenderin qalibi "Çap Poliqrafiya" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
32gun..az xəbər verir ki, Tərəflər arasında 58.759,8 AZN məbləğində müqavilənin bağlanması gözlənilir.
Bildirək ki, qalib şirkətin qanuni təmsilçisi Xalid Həsənov Xalıq oğludur. “Çap Poliqrafiya” MMC-nin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə hazırda Qoşqar Təhməzli rəhbərlik edir.
Ayaz