Məşhur prodüser mərkəzdəki mənzilini 120 milyona satışa çıxarıb
Prodüser Yana Rudkovskaya Moskvanın mərkəzində yerləşən mənzilini satışa çıxarıb. Bu barədə Readovka Telegram kanalı məlumat yayıb.
Söhbət Krasnaya Presnya ərazisində yerləşən, sahəsi 155,4 kvadratmetr olan elit mənzildən gedir. Mənzildə dörd otaq, iki sanitar qovşaq, iki qarderob otağı və iki balkon var. Rudkovskaya mənzili parkinq yeri və bahalı mebellərlə birlikdə satır. Evin interyerində Fendi güzgüsü, Bang & Olufsen televizoru və Con Lennon ilə “The Beatles” qruppasına aid kolleksiya albomları da yer alır.
Məlumata görə, mənzil, parkinq və mebellərlə birlikdə ümumilikdə 120 milyon rubl dəyərində qiymətləndirilir.
Qeyd edək ki, sentyabrın 30-da Yana Rudkovskaya Karl Faberjenin köhnə bağ evini bərpa etmək istədiyini açıqlamışdı. Onun sözlərinə görə, malikanə vaxtilə bolşeviklər tərəfindən talan edilib və hazırda qəzalı vəziyyətdədir. Prodüser bu binanı “keçmiş dövrün ruhu” adlandırıb.
Rudkovskaya Faberjenin daçasını muzey və butik-otelə çevirməyi planlaşdırır. Bərpadan sonra ərazidə 25 otaqlı otel və parkda idman sahəsi yaradılacaq. O bildirib ki, Rusiyada indiyədək bu cür layihə həyata keçirilməyib.
Ayaz