MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur aktyora ağ itki

Aktyor Patrik Sueyzin kiçik qardaşı Şon Sueyzi 63 yaşında dünyasını dəyişib.

32gun.az bildirir ki, bu barədə TMZ xidməti məlumat yayıb.

Xəbəri Şon Sueyzin oğlu Cessi təsdiqləyib.
Cessiyə görə, Şon Sueyzi 15 dekabrda Los-Ancelesdə vəfat edib. Los-Anceles dairəsinin məhkəmə-tibb ekspertizasının məlumatına görə, onun ölümünə mədə-bağırsaq sisteminin yuxarı hissəsindən kəskin qanaxma və ağır metabolik asidoz səbəb olub; bu isə qaraciyərin sirrozu ilə əlaqədardır.
Patrik və Şon Sueyzin qohumu Reyçel Leon da bu faciəli xəbəri Instagram-da təsdiqləyib. O, qohumunun son görüntülərini paylaşaraq Şonun Teksasa səfər etməyi planladığını və görüşü səbirsizliklə gözlədiyini bildirib.
Xatırladaq ki, Patrik Sueyzi 2009-cu ilin sentyabr ayında pankreas xərçəngindən vəfat etmişdi. O, 2008-ci ilin yanvar ayında 4-cü mərhələdə xərçəng xəstəliyi diaqnozu almışdı.
Şon və Patrik Sueyzin ailəsindən başqa, 67 yaşlı aktyor Don Sueyzi və 66 yaşlı aktrisa Bəmbi Sueyzi də sağdır. Digər qardaşları, Viki Sueyzi isə 1994-cü ildə 45 yaşında intihar etmişdi.

Nilay 

Oxşar Xəbərlər