KRİMİNAL

Arvadını öldürüb video çəkən Səbuhinin meyiti tapıldı

Tovuzda həyat yoldaşını qətlə yetirən şəxs canına qəsd edib. 

"Unikal"ın məlumatına görə, qətl törədən 29 yaşlı Səbuhi Hacızadənin kənd ərazisindən asılmış vəziyyətdə meyiti tapılıb. Hazırda hadisə yerinə  polis  və prokurorluq əməkdaşları cəlb edilib.

Qeyd edək ki, Səbuhi Hacızadə həyat yoldaşı Mətanət Hacıyevanı qətlə yetirdikdən sonra video çəkərək canına qəsd edəcəyini bildirmişdi. 

***14:50

Xəbər verdiyimiz kimi, Tovuz rayonunda 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə həyat yoldaşı Mətanət Hacıyevanı öldürüb.

S.Hacızadə qətli törətdikdən sonra video çəkib.

Həmin videonu təqdim edirik:

 

 

Oxşar Xəbərlər