Beyləqanda küçələrin əsaslı təmiri üçün iki böyük tender – Ümumi dəyər 873 min manatı ötür
Beyləqan Rayon İcra Hakimiyyəti rayonun küçələrində yolların əsaslı təmiri işləri üçün iki ayrı satınalma elan edib. Birinci tenderin ehtimal olunan dəyəri 339.275,96 manat, ikinci isə 534.243,82 manat təşkil edir.
32gun.az xəbər verir ki, ikinci satınalma Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhərinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən həyata keçiriləcək.
Bu iki iri tenderin ümumi dəyəri 873.519,78 manat civarındadır və rayonun yol infrastrukturu üzrə böyük həcmdə işlərin görülməsi planlaşdırılır.
Beyləqan Rayon İcra Hakimiyyəti Başçısı Əziz Əzizovdur.
Xatırladaq ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ötən il noyabrında bacısı oğluna yanında vəzifə verməklə gündəm olmuşdu. Belə ki, icra başçısı bacısı oğlu Murad Əsgər oğlu Ağayevi özünə köməkçi təyin edib.
Ayaz