ÖZ XƏBƏR
"Geoloji Kəşfiyyat Agentliyi"nin kompüter və avadanlıq alışı ilə bağlı tender ləğv edilib
"Geoloji Kəşfiyyat Agentliyi" publik hüquqi şəxsi tərəfindən planlaşdırılan kompüter və avadanlıqların satın alınması üzrə tender proseduru ləğv olunub.
32gun.az-ın əldə etdiyi məlumata görə, tenderin ləğvi nəzarət orqanının qərarı əsasında baş tutub.
Satınalma proseduru nəzarət orqanının qərarına uyğun olaraq dayandırılıb. Ləğv edilən tenderin ehtimal olunan qiyməti 99 719,44 manat təşkil edirdi.
Ayaz